Qaçırdıqları avtomobillərin nömrəsini dəyişdirənlər saxlanıldı - FOTO

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə müraciət edən 2-ci Alatava yaşayış sahəsində yaşayan Ələddin Orucov mayın 9-na keçən gecə “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. DİN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb. “Təhlükəsiz Şəhər” Xidməti tərəfindən avtomobilin Zərdab rayonu ərazisində olduğu müəyyən edilib. 29-cu Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Quliyev və Kürdəmir rayon sakini Mehdi Hüseynov Zərdab rayonu ərazisində saxlanılıblar.
Polis əməkdaşları tərəfindən avtomobilin üzərində başqa bir nəqliyyat vasitəsinə məxsus – 10-NP-476 dövlət qeydiyyat nişanları aşkar edilib və onların törətdikləri daha bir cinayət əməlinin üstü açılıb. Həmin maşına məxsus 27 BR 862 dövlət qeydiyyat nişanları isə avtomobilin yük yerindən aşkar edilib.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 9-na keçən gecə Novxanı kəndi ərazisindən kənd sakini Sakit Cavadova məxsus “VAZ-21063” markalı avtomobilin 10-NP-476 dövlət qeydiyyat nişanlarını oğurlayıb qaçırdıqları avtomobilin üzərinə vurmaları müəyyən edilib.
Həmçinin A.Quliyevin əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə məhkum olunduğu da müəyyənləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Namiq
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT














