Qadın evlərindən qızıl oğurlayaraq sevgilisinə hədiyyə edib

Ağcabədidə rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, K.Aslanova polisə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus evdən qızıl-zinət əşyaları oğurlanıb. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, 1500 manat dəyərində qızıl-zinət əşyalarını K.Aslanova özü münasibətdə olduğu şəxsə hədiyyə olaraq verib. Hadisəni ailə üzvlərindən gizlətmək üçün polisə yalan məlumat verib. K.Aslanova oğurluq görüntüsü yaratmaq üçün mənzilin pəncərəsini sındırıb ev əşyalarını dağıdaraq polisi inandırmağa çalışıb ki, oğurluq hadisəsi naməlum şəxslər tərəfindən törədilib.
İstintaq zamanı K.Aslanova törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












