Qadın polislərimiz: Onların sayı nə qədərdir?

Bu gün Azərbaycan polisinin peşə bayramıdır. 107 illik tarixi olan daxili işlər orqanları ölkənin suverenliyinin, təhlükəsizliyinin və ictimai asayişin təmin olunmasında mühüm rol oynayıb.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sistemində ümumilikdə 30 min 410 nəfər çalışır. Burada xidmət edən əməkdaşların 10%-ni (4041 nəfər) qadınlar, 90%-ni kişilər təşkil edir. Daxili işlər orqanlarında rəhbər vəzifələrdə 61 qadın əməkdaş xidmət edir. 2024-cü ildə daxili işlər orqanlarında xidmətə qəbul olunan qadın əməkdaşların sayı 2023-cü illə müqayisədə 1,6% artaraq ümumilikdə 13,6% təşkil edib.
Belə ki, həmin ildə daxili işlər orqanlarında işə qəbul edilən 3507 nəfərin 3217-i kişilər, 290-ı isə qadınlar olub.
Onu da qeyd edək ki, son beş il ərzində - 2020-2024-cü illər ərzində Polis Akademiyasına qəbul olunan şəxslərin ümumi sayı 2 min 444 nəfər olub. Bu dövrdə Akademiyaya qəbul olunanların 2429-u kişi, 15-i isə qadın olub.
İllər üzrə qəbul göstəriciləri aşağıdakı kimidir:
2020-ci il: 372 nəfər qəbul olunub. Onlardan 369-u kişi, 3-ü qadın olub.
2021-ci il: Ümumi qəbul sayı 402 nəfər, bunun 400-ü kişi, 2-si qadın olub.
2022-ci il: Cəmi 424 nəfər qəbul olunub. Onlardan 421-ni kişilər, 3-nü qadınlar təşkil edib.
2023-cü il: Ümumi qəbul sayı 529 nəfər, bunun 524-ü kişi, 5-i qadın olub.
2024-cü il: Cəmi 717 nəfər qəbul edilib, 715-i kişi, 2-si qadın olub.
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ












