Qadına qarşı dələduzluq edən şəxsin cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mircəlal Cabbarovun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Cabbarovun apellyasiya şikayəti qismən təmin edilib. Onun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib.
İttiham aktına əsasən, Mircəlal Cabbarov tanışı Sevinc Hüseynovanın etibarından sui-istifadə edərək ona qarşı 217 min 436 manatlıq dələduzluq edib. O, qadının pulunu ələ keçirmək üçün Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən "8 km" adlanan bazarda maqazinlərinin olmasını, karqo işləri ilə məşğul olduğunu bildirib və “Araz" otelin söküntü işlərinin aparılması ona həvalə edildiyindən, dövriyyəsini genişləndirmək üçün pul lazım olması barədə yalan məlumatlar verib. M.Cabbarov əldə edəcəyi gəlirdən hər ay S.Hüseynovaya 10 min manat pul verəcəyinə və Bakı şəhəri Nərimanov rayonundan yeni mənzil alacağına söz verib.
Bundan başqa, o, iş görüb qısa müddətə qaytaracağı barədə yalan məlumat verərək, S.Hüseynovanın kürəkəni Namiq Abdullayevdən 8000 ABŞ dolları alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Cabbarov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












