Qadını öldürüb çaya atan şəxslər tutulub - İmişlidə

İmişli şəhər sakini Validə Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 13-də İmişli şəhər sakini Validə Məmmədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Araz çayının Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla V.Məmmədovanın yaşadığı evin həyətində onunla qonşu olan qaynı arvadı A.Məmmədova və Qulubəyli kənd sakini O.Seyidov tərəfindən baş nahiyəsinə yumruq və taxta parçası ilə vurulmaqla, sonradan boğularaq qətlə yetirilməsi, habelə hadisə yerinin yaxınlığında “Mercedes” markalı avtomobildə gözləyən O.Seyidovun tanışları olan həmkəndliləri, sürücü A.Surxayzadənin və sərnişini H.Cəlalzadənin köməkliyi ilə meyiti kisədə avtomobilin yük yerinə qoyub Araz çayına atmaları müəyyən edilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədova, O.Seyidov və H.Cəlalzadə saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










