Qadınlara qarşı zorakılıq halları və görülən işlər müzakirə olunub - FOTO - VİDEO

Martın 3-də Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında strateji əməkdaşlıq: imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. Avtosfer.az xəbər verir ki, konfransda Nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də QHT nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən daxili işlər nazirinin müavini İsmət Əliyev qadınlara qarşı zorakılığın qarşısının alınması, ailə münasibətlərinin möhkəmləndirilməsi və uşaqların hüquqlarının qorunmasının Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsinin, cəmiyyətin maarifləndirilməsi və zərərçəkmiş şəxslərə dəstək mexanizmlərinin formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ailə münaqişəsi, həmçinin məişət zorakılığı ilə bağlı polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşıldığını, cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində Nazirlik tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və mütəxəssislər qadınlara qarşı zorakılıqla mübarizə sahəsində dövlət siyasətinin icrası, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib, bu sahədə qanunvericilik aktları və milli proqramların zorakılığın qarşısının alınmasına, zərərçəkmiş şəxslərin müdafiəsinə və cəmiyyətdə sıfır tolerantlıq mühitinin formalaşdırılmasına xidmət etdiyini qeyd ediblər.
Tədbirdə “Zorakılığa məruz qalmış qadınların sosial və hüquqi yardımla təminatı” və “Erkən evlilik hallarının ağır fəsadları və hüquqi məsuliyyəti” mövzularında videoçarxlar nümayiş etdirilib. "Ailə-məişət zəminində törədilən hüquq pozuntuları", "Erkən evlilik hallarının ağır fəsadları və hüquqi məsuliyyəti", eləcə də "Evlənmək məqsədilə adam oğurluğu (qızqaçırma)" mövzuları ətrafında çıxışlar dinlənilib, bu sahədə mövcud çağırışlar, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş və faydalı müzakirələr aparılıb.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA


















