“Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb” - Məşhur akademik

Qadınların çılpaqlaşma dəbi xalqların ölüm prosesini başlatdı. Avtosfer.az faktxeber.com-a istinadən bildirir ki, bu barədə stress haqqında monumental araşdırma yazan rusiyalı akademik həkim Leondid Aleksandroviç Kitayev-Smık bildirib.
Müasir analitik və eksperimentator, uzun illik zəhmətinin bəhrəsi olan "Stresik psixoloqiyası: Stresin psixoloji antropoloqiyası" flks unikal monoqrafiyasında bu mövzuya toxunub.
Həkimin sözlərinə görə, bir dəfə o, ağır xəstəlikdən xəstəxanada yatmalı olur: "Elə həmin vaxt elə bil ki, elmi ilham gəldi və mən araşdırmaya başladı. Hazırda kitabımda belə bir yekun var: ""Seksual stressin" yaratdığı onkoloji xəstəliklər". Kitab ümumilikdə stress kimi çöxyönlü fenomenin müxtəlif aspektlərinə həsr olunub, lakin hər şeydən əvvəl məndə kişi və qadınlarda onkologiya yaradan səbəbləri öyrənmək maraqlı idi. Son on illikdə Avropa Amerika sivilizasiyasında kişilər arasında adenoma (xoşxassəli şiş) və prostat xərçəngi epidemiya kimi yayılıb. Bizim əsrin başlanğıcında 40 faiz kişidə adenoma müəyyən edilib, 40 yaşdan yuxarılarda isə artıq göstərici 50 faizdir. ABŞ-da patoloqoanatomlar 60 yaşında ölən kişilərin 80 faizində prostat xərçəngi müəyyən ediblər. Paradoks ondadır ki, müsəlman ölkələrində kişi onkologiyasında belə inkişaf yoxdur".
Leondid Aleksandroviçin sözlərinə görə, buna səbəb bu gün müasir dünyada dəbdə olan qadın gözəlliyini, əndamını vurğulayan, dar və çılpaq geyimlərdir: "Mən buna həkim kimi, fizioloq kimi baxıram: Bütün bunlar kişilərdə şəhvət yaradan seksual siqnallardır. Şəhərli kişi gün ərzində orta hesabla 100-200 belə "siqnallar" alır. Onun özü hiss eləməsə də qanı androqenlər alır. Lakin androgenlər qana çox yox (hansı ki, onkoloji təhlükəsiz hesab edilir), kanseroqen sayılan orta dozada atılır. Nəticədə tez-tez şəhvətlənən, lakin təmin olunmayan kişi elə öz orqanizminin içində kanseroqen, dağıdıcı hücuma məruz qalır, bu da onkoloji xəstəliklərə gətirir".
Alimin sözlərinə görə, məhz bu səbəbdən qadın çılpaqlaşmasının əslində seksual stressə gətirdiyini demək olar. Bu isə impotensiya, hətta xərçənglə nəticələnə bilər. "Qadınları soyunduran dəb Avropa etnosunu depopulyasiyaya (ölümə) aparır. Onların yerini isə öz iffətlərini və qadınlarının örtüyünü qoruyan, bununla da elə öz kişilərini qoruyan xalqlar gəlir. İlk növbədə bu, MÜSƏLMANLARDIR", - deyə həkim vurğulayıb.
O, antik yunan və romalıları xatırladaraq, bu xalqların ölümünə soyunma dəbinin səbəb olduğunu bildirib: "Onlar indi hardadır? Dünya xəritəsindən siliniblər. Özü də təkcə hərbi fəaliyyətlərinə görə yox. Onlar daxildən məhv olublar. Tövrat və Quranda Ad və Səmud qövmü barədə yazılanlar çoxsaylı misallardan yalnız biridir. Onlar təbiət qanunlarını pozaraq və onun təbii mexanizmlərini dağıdaraq özünü məhv yolunda addımlayıblar".
Alim eyni zamanda öz mənəvi dəyərlərini qoruyan xalqların bu günə qədər sağ olduğunu da vurğulayır: "Bu müsəlman etnoslardır. Onu da qeyd edim ki, müasir slavyanların qədim əcdadları da elə idi. Bütün Rusiya xalqlarında 19-cu əsrin geyimlərinə baxın: Qadın geyimləri sadə, uzun paltarlar, bədənin formasını göstərməyən sarafanlardan ibarət olurdu. Parlaq, bayramsayağı, al-əlvan (adətən qırmızı çalarlarla) olan bu geyimlər əlbəttə kişiləri cəzb edirdi, ancaq bu cəzbiyyətdə heç bir erotik çağırış olmurdu".
21-ci əsrin qadınları isə paltarlarında dərin yarıqlar və çılpaq ayaqları ilə kişilərin sağlamlığının qəbrini qazırlar", - deyə alim sözlərini yekunlaşdırıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












