Qahirənin Ramzes dəmir yolu vağzalı qeyri-müəyyən vaxtadək bağlanıb

Misir paytaxtının mərkəzi dəmir yolu vağzalının fəaliyyəti fevralın 27-də baş verən güclü yanğından sonra qeyri-müəyyən vaxta qədər dayandırılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Misir prokurorluğunun məlumatına əsasən, fevralın 27-də Qahirənin Ramzes dəmir yolu vağzalında maşinist əyləc sistemini işə salmadan lokomotivdən enib və onun yolunu kəsən digər qatarın maşinisti ilə mübahisəyə başlayıb. Bu vaxt lokomotiv hərəkətə gələrək stansiyadakı maneəyə çırpılıb. Zərbə yanacaq çəninin partlamasına və yanğına səbəb olub. Alov vağzal kompleksinin perronuna və qonşu platformada dayanmış sərnişin qatarına yayılıb, daha sonra vağzalın daxilinə keçib. Hadisə nəticəsində azı 25 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
İnsidentdən sonra Misirin nəqliyyat naziri istefa verib.
Misirdə dəmir yolu qəzaları nadir hadisə deyil. 2016-cı ildə Qahirə yaxınlığında baş verən qatar qəzaları nəticəsində 50-dən artıq insan həyatını itirib. 2017-ci ildə isə ölkənin dəmir yollarında 1800-dən çox insident qeydə alınıb. Həmin ilin avqustunda İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində 43 nəfər həlak olub. Misirin dəmir yollarında ən miqyaslı faciə isə 2002-ci ilin fevral ayında baş verib. O zaman Qahirədən Luksor şəhərinə gedən qatarda yanğın 325 nəfərin həyatına son qoymuşdu.
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO








