Qanunsuz nişan quraşdıran dönərxana sahibi cərimələndi - Hansı rəisindit? - FOTO

Dünən Avtosfer.az-ın əməkdaşı “Şamaxinka” kimi tanınan ərazidə qanunsuz yol nişanının quraşdırılmasının şahidi olmuşdu. Belə ki, ərazidə “Tantuni köz dönər” kimi tanınan obyektin sahibi “parkinq” nişanı quraşdırmışdı. Araşdırma zamanı o da məlum olmuşdu ki, obyektin sahibi keçmiş polis rəislərindən biridir.
Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, artıq məsələ ilə bağlı dünən axşam əraziyə baxış keçirilib. İdarənin əməkdaşları həqiqətən də qanunsuz yol nişanının quraşdırıldığının şahidi olublar. Müvafiq olaraq obyektin inzibatçısı Ziyafət Murtuza oğlu Mikayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən 400 manat məbləğində cərimələnib. Həmçinin qanunsuz quraşdırılmış nişan ərazidən götürülüb.
Bildirilir ki, qanunsuz parkinq nişanı quraşdırmış obyektin sahibi bir vaxtlar Bakının məşhur polis rəislərindən olan Məmməd Mikayılovdur. O, Suraxanı, Xətai, Nəsimi rayonlarının polis rəisi olub, eləcə də İnterpolun Bakı bürosuna rəhbərlik edib. Obyektin inzibatçısı dı M.Mikayılovun yaxın qohumudur.
Fərid
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"














