Qanunsuz silah hissələri satan şəbəkə ifşa olunub

Gürcüstanın Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və ABŞ-ın Daxili Təhlükəsizlik Xidmətinin birgə əməkdaşlığı nəticəsində qanunsuz silah hissələri satan transmilli şəbəkə ifşa olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu ilin martın 15-də gömrük nəzarətindən yayınaraq külli miqdarda daşınan əşyaların Gürcüstana gizli idxal edilməsi ittihamı ilə bağlı transmilli sxemin iştirakçısı olan Türkiyə vətəndaşı saxlanılıb.
İstintaqla müəyyən olunub ki, müttəhim cinayət ortaqları ilə birgə öncədən hazırlanmış cinayətkar sxem üzrə gömrük nəzarətindən gizli olaraq Gürcüstanın gömrük sərhədinə odlu silah hissələri gətirməyə çalışıb.
Planın həyata keçirilməsindən əvvəl Türkiyə vətəndaşı ABŞ-dan daşınmalar həyata keçirən “Gürcüstan Poçtu” MMC-nin vasitəsilə Gürcüstana tanışının adına bəyan edilmiş mallarla yanaşı, gizlədilmiş odlu silah hissələrinin olduğu bağlama göndərib.
Həyata keçirilmiş operativ axtarış və istintaq tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü Türkiyə vətəndaşı Tbilisidə avtomobillə hərəkət edərkən saxlanılıb.
Nəqliyyat vasitəsində axtarış zamanı müxtəlif odlu silahların 16 komplekt hissələri, həmçinin “Qlok 19” markalı 7, “Qlok 17” markalı 9 tapança komplekti maddi sübut kimi müsadirə olunub.
Türkiyə vətəndaşının Tbilisidə müvəqqəti yaşadığı mənzildə “Qlok” tapançası üçün 4 qab, lülə təmizlənməsi üçün 40 fırça, 8 patron, 9 maqazin və digər silah hissələri aşkar olunub.
Saxlanılan şəxsi 8 ildən 11 ilədək həbs cəzası gözləyir.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












