"Qaqarin" körpüsü söküləcək – Yerində nə olacağı bilinmir

Təklif olunan dövlət layihəsinə əsasən "Qaqarin" körpüsü kimi tanınan "Cavanşir" körpüsü söküləcək və onun yerində yol tikiləcək. Avtosfer.az "1news.az"a istinadən xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bu günlərdə təqdim olunmuş layihənin foto şəklini göstərərkən deyib. Ekspert hesab edir ki, layihə diqqətəlayiqdir, lakin qeyri-müəyyən fikirlər yaradır. "1962-ci ildə “Qaqarin” körpüsünün (yeri gəlmişkən bu körpü yox, üst keçid, estakadadır) tikintisinin bir məqsədi var idi – Bakı dəniz yük limanını Bakı-Yük dəmir yol stansiyası ilə birləşdirmək, avtomobillərin qarşısından şlaqbaum və dəmir yol keçidini götürmək. İndi isə Bakı yük limanı başqa yerə köçürülüb. Buna görə də körpünün və onun altından keçən dəmir yolunun əhəmiyyəti itib", – deyə ekspert bildirib.
Abdullayev deyir ki, körpü köhnəlib, onu yararlı vəziyyətdə saxlamaq üçün yatırımlar etmək və rekonstruksiya aparmaq lazımdır.
Ekspert əlavə edib ki, ikinci həll yolu körpünü söküb onun yerində yol tikməkdir. "Hal-hazırda körpünün altından piyadalar keçir, orada avtomobillər saxlanılır. Ərazidə hətta Yol Polisinin cərimə dayanacağı da yerləşir. Yeni layihədə isə piyada keçidi yoxdur, amma körpünün əvəzində altıxətli birtərəfli yol var. Nəzərə alsaq ki, bu yol 150 metrdən sonra Üzeyir Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində işıqfora aparır, onun əhəmiyyəti aydın olmur. Altıxətli yol şəhərə nə verəcək? Bu haqda artıq indidən fikirləşmək lazımdır, məsələn, düşünmək ki, piyadalar yolu necə keçəcəklər. Bu şəhərsalma məsələsidir. Yaxınlıqda yerli sakinlər üçün park, Port Baku yerləşir. İnsanlar yolu necə keçib ora gedəcəklər? Bu məsələni öncədən həll etmək lazımdır. Həmçinin orada çoxsəviyyəli dayanacaq tikmək lazımdır" – deyə Abdullayev bildirib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










