Qar yolları bağladı – İranda

Qar və çovğun İranın Zəncan vilayətində 50 kəndin yolunu bağlayıb. İranın Mazandaran vilayətində isə güclü qar yağması nəticəsində 30 kəndin rayonla əlaqəsi kəsilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Zəncan vilayəti Yol və Yol Nəqliyyatı Baş İdarəsi rəisinin müavini Cavad Yusifi deyib. İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi ötən 24 saat ərzində 9 vilayətdə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İsfahan, Çahar-Mahal və Bəxtiyari, Kürdüstan, Kohgiluyə və Buyir-Əhməd və Mazandaran vilayətlərində güclü qar və çovğunun olduğunu bildirib. 30 dağlıq ərazidə 2 083 nəfərə yardım edilib, 515 nəfər müvəqqəti yerlərdə yerləşdirilib. 3 nəfər tibbi məntəqələrə aparılıb.
Səlimi 198 avtomobilin qardan çıxarıldığını deyib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










