Qarabağ döyüşçüsü Nurəddin Xocanın məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun keçmiş komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra N.Xocanın vəkili Elçin Sadıqov vəsatət qaldırıb. O, cinayət işinə xitam verilməsini istəyib.
Vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası fevralın 14-nə təyin edilib.
İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










