Qaradağ sakinini döyərək pulunu alan şəxslər tutulublar

Fevralın 19-da gecə saatlarında Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini R.Nəhmədovun və Sumqayıt şəhər sakini H.Hüseynovun 2 nəfər tərəfindən xuliqanlıq zəminində döyülmələri barədə 10-cu Polis Bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin H.Hüseynovun 1270 manat pulunu almaları da müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakinləri Z.İsmayılov, M.Əliyev və Ş.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Z.İsmayılovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun fevralın 16-na keçən gecə H.Hüseynova məxsus Güzdək qəsəbəsindəki daş karxanasından qaynaq aparatı oğurlaması da müəyyən edilib.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












