Qarın hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4 sm olub - FAKTİKİ HAVA

Yanvarın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a bildirilib ki, departament tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 2-38, Mərkəzi-Aran rayonlarında 2-14, Naxçıvan MR-da 5-21, Bakıda və Abşeron yarımadasında 5-9, Böyük Qafqazda 1-4, Qazax-Gəncə zonasında 0-4, Kiçik Qafqazda 2-4 mm olub.
Qar örtüyünün hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4, Sarıbaş, Daşkəsəndə 2 sm təşkil edib.
Qərb küləyi ayrı-ayrı yerlərdə 15-20 m/s olub, arabir 25 m/s-dək güclənib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










