Qarlı hava şəraiti ilə əlaqədar Cəlilabad-Yardımlı avtomobil yolu bağlanıb?

Respublika ərazisində müşahidə olunan qarlı hava şəraiti bir sıra avtomobil yollarında hərəkətin çətinləşməsinə səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, xüsusilə Cəlilabad-Yardımlı avtomobil yolunun dağlıq hissələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığı və bəzi ərazilərdə isə yolların tam bağlandığı bildirilir.
Məlumata görə, intensiv qar yağması və yolların buz bağlaması səbəbindən bir çox dağlıq və dağətəyi zonalara gedən avtomobil yollarında problemlər yaranıb.
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda Respublika ərazisində qar yağması səbəbindən bağlı olan yol yoxdur.
"Ola bilər ki, qarın yağması nəticəsində hansısa ərazidə, yolun hansısa hissəsində çətinlik yaranmış olsun. Amma ərazilərə cəlb olunan əməkdaşlarımız tərəfimizdən lazım olan bütün tədbirlər görülür ki, çətinliklər aradan qalxsın.
Qeyd edim ki, mövcud hava şəraiti ilə əlaqədar AAYDA gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Agentliyin balansında olan bütün avtomobil yolları fasiləsiz nəzarətdə saxlanılır. Xüsusən də cənub, cənub-qərb istiqamətində. Qarın yağması davam edir. Qar yağan və buzlaşma müşahidə olunan ərazilərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi üçün gecədən başlayaraq operativ tədbirlər görülür. Hazırda da bu istiqamətdə işlər davam etdirilir", - deyə A.Nəcəfli vurğulayıb.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












