Qaş düzəldərkən göz çıxardılar: Tıxac ləğv etmək əvəzinə tıxac yaratdılar

Bakıda 4-cü mikrorayon dairəsini kimi tanınan ərazidə “yenidənqurma” işləri aparılıb. Amma necə deyərlər qaş düzəltdikləri yerdə vurub gözü də çıxardıblar. Avtosfer.az-ın əməkdaşları bu gün həmin ərazidə olub və çəkiliş aparıblar. Amma gördüyümüz mənzərə heç də ürəkaçan deyil.
Əvvəla ondan başlayaq ki, onsuz da həddindən artıq böyük olan dairəni bir az da genişləndiriblər. Düzdür dairəyə giriş üçün əlavə seksiya qoyulub. Amma çıxışda bu nəzərə alınmayıb. Nəticədə bir dairədə ikisi əsas olmaqla 4 kəsişmə nöqtəsi yaranıb. İşıqfor olmadığı üçün növbəli keçidin mümkün olmadığı ərazidə lazımsız yerə genişləndirilən hissə tıxaca səbəb olur. Çünki bir tərəfdən gələnlər gərək o qədər gözləsin ki, bəlkə avtomobil axını dayana. Çəkiliş apardığımız vaxt günün normal vaxtı idi. Pik saatlarında həmin ərazidə nə baş verir bax bunu sürücülər yaxşı bilirlər.
Qeyd edək ki, ərazidə hərəkət ümumiyyətlə düzgün qurulmayıb. Çünki dairənin genişlənməsi nəticəsində bir zolaq tamamilə itib. Bu da həm sağa, həm sola hərəkət olan və 4 istiqamətdən girişi və çıxışı olan dairəni iflic hala salıb. Digər tərəfdən ərazidə aparılan yenidənqurma işləri zamanı yolayrıcları beton arakəsmələrlə ayrılıb. Amma həmin hissəyə bir dənə də olsun nişan qoyulmayıb. Sutkanın qaranlıq vaxtında ilk dəfə burdan keçən sürücü nişan olmadığı üçün həmin arakəsmələrə girə bilər, nəticədə qəza baş verəcək.
Ərazidə piyadala ümumiyyətlə nəzərə alınmır. Ətrafda onlarla bina olduğu halda sanki burda heç kim yaşamır kimi hərəkət ediblər. Piyadaların keçməsi üçün nə bir səki, nə də keçid var. Bir sözlə piyadalar Allah ümidinə qalıblar.
Videomaterialı təqdim edirik. Ümid edirik ki, aidiyyəti qurumlar buna reaksiya verərək lazımi düzəlişlər edəcəklər.
Orxan Əli
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT















