“Qatarın qapısının açıq şəkildə hərəkət etməsi araşdırılacaq”

Bu gün axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb. Avtosfer.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a faktı təsdiqləyib.
O bildirib ki, sosial mediada görüntüləri yayılan fakt "İçəri Şəhər" stansiyasından "Həzi Aslanov" istiqamətində gedən qatarda "28 May"- "Gənclik" stansiyalarının arasında qeydə alınıb. "Dispetçerlə kamera görüntülərinə baxdıq. Yalnız vaqonlardan birinin qapısında belə hal müşahidə olunub. Bu da texniki nasazlıq səbəbindən baş verib. İlkin ehtimala görə, sərnişin sıxlığı səbəbindən nəzarətçi və maşinist qapının açıq qalmasını görməyib. Məsələ araşdırılacaq və "Bakı Metropoliteni"nin təlimatlarına uyğun qərar qəbul ediləcək", - deyə B.Məmmədov qeyd edib.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












