Qatarla Bakıya narkotika keçirmək istədi

Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində əməliyyat tədbiri keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin 177.2.2-ci (Oğurluq, təkrar törədildikdə) 177.2.3-cü (Oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 180.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə məhkum olunmuş Lənkəran şəhər sakini Mais Hüseynov Bakı Dəmir Yolu Vağzalının ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman 40 qrama yaxın güclü təsiredici xassəyə malik tiryək və 450 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
M.Hüseynov narkotik vasitəni şəxsi istifadəsi üçün şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Emin


Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












