Qax və Zaqatalada heyvan cəmdəkləri aşkarlanıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qax və Zaqatalada istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, Qax rayonunun Güllük kənd sakini Davudov Fərrux Qurban oğluna məxsus həyətyanı sahədən satış üçün nəzərdə tutulan ümumi çəkisi təxminən 104 kq olan istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.
Ətin orqanoleptik baxışı keçirilərkən qaralma, daxili orqanlarında patoloji dəyişiklik müəyyən edilib və istifadəyə yararsız olduğu təsdiq olunub. “Zaqatala rayonu Bazar 2” ASC-də keçirilən monitorinq zamanı qəssab Qurbanov Elvin Eyvaz oğlunun 84 kq çəkidə heyvan cəmdəyini heç bir baytarlıq sənədi, baytarlıq ekspertiza rəyi olmadan satışa çıxardığı aşkarlanıb. Heyvanın cəmdəyinə orqanoleptik baxış keçirilərkən ətdə qaralma, selik və patoloji dəyişiklik müşahidə olunub. Heyvan cəmdəklərindən götürülən nümunələr laborator analizdən keçirilməsi məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.
Hər iki fakt üzrə araşdırma aparılır.
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə Agentliyin 1003 nömrəli "Çağırı Mərkəzi”nə məlumat verməyi xahiş edir.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA














