Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur – FOTO

Qazax rayonunda uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, Rayon icra hakimiyyətindən Azərtac-a bildirilib ki, avtomobil yolu iki hissə üzrə yenidən qurulur.
Layihəyə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci kilometrliyindən ayrılan və 11,5 kilometr uzunluğa malik Daş Salahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 11 kilometrliyindən ayrılan və 4,5 kilometr uzunluğunda olan Ürkməzli-Dəmirçilər yolu daxildir.
Yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu 4-cü texniki dərəcəli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır.
Layihəyə uyğun olaraq həmin yolun 4,5 kilometrlik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb.
Bildirilib ki, yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən yol boyu 4 ədəd 48 paqonmetr uzunluğunda 500 millimetrlik, 2 ədəd 24 paqonmetr uzunluğunda isə 1000 millimetr diametrində yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bundan başqa, avtoqreyderlə 3500 paqonmetr küvetlərin açılması işləri də görülüb.
Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 kilometrlik Daş Salahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir. Anoloji işlər burda da aparılır.
Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərəkətin normal təşkili üçün 42 kilometr göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılacaq, 48 kilometr yolcizgi və yol göstərici xətləri çəkiləcək.


Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










