Qazaxda evlərdən oğurluq edən şəxs saxlanılıb

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar və fevral aylarında rayonun Şıxlı kəndi ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Qazax rayon Şıxlı kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İsgəndər Dılışov yanvar ayının 29-da Şıxlı kəndi ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 500 ABŞ dolları və 45 manat nağd pul oğurlayıb. Daha sonra o, fevralın 19-da həmin kənd ərazisindəki başqa bir evə daxil olaraq 200 manat nağd pul oğurlayıb. İ.Dılışov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, mart ayının 3-də Şıxlı kəndində bir qrup kənd sakini yoldan ötən “Mersedes” markalı avtomobili saxlayaraq içərisindəki 3 nəfər şəxsi kənd ərazisində baş verən oğurluqları törətməkdə yanlış olaraq təqsirləndirərək münaqişə törədiblər. Nəticədə 47 yaşlı Bakı şəhər sakini Seymur Haqverdiyev, 21 yaşlı Qazax rayon sakini Maqsud Əliyev və 31 yaşlı Gürcüstan Respublikasının vətəndaşı Coşqun Ayvazov müxtəlif bədən xəsarətləri ilə Qazax rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












