Qazaxda ölüm işinə görə tutulan polis əməkdaşının həbs müddəti uzadılıb

Bu gün Nəsimi Rayon Məhkəməsində Qazax rayonunda ölüm işinə görə həbs olunan polis əməkdaşı İlham Süleymanov barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqdimat təmin edilib, İ.Süleymanovun həbs müddəti 2 ay artırılıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Qazax rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İ.Süleymanov Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi ilə bağlı həbs olunub.
Xatırladaq ki, bir qədər əvvəl İ.Süleymanov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib. Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İ.Süleymanov yenidən həbs olunub.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










