Qazaxıstan Orta Dəhliz çərçivəsində tranzit potensialını gücləndirəcək

Qazaxıstan 2025-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) çərçivəsində həyata keçirilən "Dostık – Moyıntı" dəmir yolu sahəsinin ikinci xətlərinin və "Almatı" dolama xəttinin tikintisini başa çatdıracaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
"2025-ci ildə Qazaxıstanın tranzit potensialının genişləndirilməsinə böyük diqqət yetiriləcək. Dəmir yolu nəqliyyatı sahəsində bir sıra genişmiqyaslı modernləşdirmə işləri aparılır. Xüsusilə bu il 225 yeni vaqon alınacaq. Həmçinin "Almatı" dolama xəttinin və "Dostık – Moyıntı" layihəsi çərçivəsində dəmir yolunun tikintisinin başa çatdırılması planlaşdırılır ki, nəticədə onun buraxılış qabiliyyəti 5 dəfə artacaq və 12-60 cüt qatarın fasiləsiz hərəkəti təmin ediləcək", - nazirlik qeyd edir.
Bundan başqa, bu il "Dostık – Beskol" və "Moyıntı – Balkaş" dəmir yolu sahələrində hərəkətin açılması planlaşdırılır.
"Bu qərar qeyd olunan hissələrdə qatarların hərəkətini yaxşılaşdırmağa və yükdaşımalarla bağlı məsələləri həll etməyə imkan verəcək", - məlumatda bildirilib.
Eyni zamanda, TBNM-in inkişafı çərçivəsində 2025-ci ildə Aktau dəniz limanının genişləndirilməsi və donanmanın modernləşdirilməsi istiqamətində işlərin həyata keçirilməsi də planlaşdırılır.
Nəqliyyat Nazirliyinin məlumatına görə, Qazaxıstanda aviasiya sahəsində də mühüm infrastruktur layihələri həyata keçiriləcək. 2025-ci ildə Katon-Qaraqay, Zaysan və Kendirli kurort zonalarında yeni hava limanlarının tikintisinə başlanılacaq. Hazırda torpaq sahələrinin rəsmiləşdirilməsi və obyektlərin layihələndirilməsi işləri aparılır.
"Avtomobil yollarına gəlincə, 2030-cu ilə qədər Qazaxıstanda onların tikintisi üzrə irimiqyaslı layihə həyata keçiriləcək. Yeni yolların ümumi uzunluğu 4,7 min km təşkil edəcək ki, bunun da 3,7 min km-i I kateqoriyalı yollardır. 2025-ci ildə ümumi uzunluğu təxminən 4,3 min km olan yolların tikintisi üzrə 19 iri layihənin həyata keçirilməsinə başlanılacaq. Bu layihələrin həyata keçirilməsi üçün investisiya qoyuluşunun ümumi həcmi 9 trilyon tengedən çoxdur (17,1 milyard ABŞ dolları). İnvestorların cəlb edilməsi istiqamətində fəal iş aparılır", - nazirlikdən əlavə ediblər.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










