Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Qazaxıstanda dəmir yolunda baqajın rəsmiləşdirilməsinin və müşayiətinin rəqəmsallaşdırılması üzrə pilot layihə sınaqdan keçirilir. Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, layihə “Nurlı Jol – Almatı-2” marşrutu üzrə hərəkət edən 9/10 nömrəli qatarda həyata keçirilir və “Nurlı Jol”, “Karaqanda” və “Almatı-2” stansiyalarının baqaj şöbələrini əhatə edir. Yeni sistem marşrut üzrə göndərişin rəsmiləşdirilməsindən baqajın müşayiətinədək vahid rəqəmsal idarəetmə dövrünü təmin edir. Platforma əməliyyatların şəffaflığının artırılmasına, uçotun sadələşdirilməsinə və insan amilinin minimuma endirilməsinə yönəlib. Bu həll “Astana IT University” universitetinin tələbələri tərəfindən ikili təhsil proqramı çərçivəsində hazırlanıb. Gələcəkdə “Sərnişin daşımaları” Səhmdar Cəmiyyəti bu sistemi mərhələli şəkildə bütün baqaj şöbələrində tətbiq etməyi planlaşdırır.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












