Qazaxlardan cəsarətli hərəkət: Əxlaqsızlıq edən əcnəbilər cəzalandı

Qazaxıstanın Tengiz neft yatağında işləyən mindən artıq fəhlə Tengiz qəsəbəsində nümayişə başlayıb. Səbəb isə burada fəaliyyət göstərən 3GI zavodunda işləyən liviyalı Əli Davudun qazax qızla tərbiyəsiz məzmunlu şəkil paylaşmasıdır.
Avtosfer.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, şəkildə Əli Davud ratsiyanın antenini qazax qızın ağzına tərəf uzadıb.
Qazax fəhlələr bu şəkli təhqir hesab ediblər və nümayişə çıxaraq ərəb əsilli əməkdaşları döyməyə başlayıblar. Döyülənlər ərəblərə məxsus CCEP podratçı təşkilatının nümayəndələridir. Onların arasında rəhbər vəzifədə olanlar da var. Əlacsız qalan "Tengizşevronoyl" şirkəti əcnəbiləri qəsəbədən qaçırmağa başlayıb. Lakin qazaxlar avtobusları daşa basıblar.
Hadisə yerinə Qazaxıstanın rəhbər nümayəndələri gəliblər. Qazaxıstan Daxili İşlər Nazirliyi artıq vəziyyətin nəzarət altında olduğunu bəyan edib.
Xatırladaq ki, bir müddət əvvəl ərəb mənşəli şəxs azərbaycanlı qızla intim videosunu internetdə paylaşmışdı.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











