Qazi anasından Pünhana təhdid: “Səni süründürərəm...” - VİDEO

Son günlər müğənni Pünhan Piriyev ətrafında yaranan qalmaqallar səngimək bilmir. İfaçı daha əvvəl səhnədə baş verən insident və sosial şəbəkələrdəki mübahisələrlə gündəmə gəlmişdi və bu müzakirələr hələ də davam edir.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu dəfə mübahisəyə yeni iddialar əlavə olunub. Özünü qazi anası kimi təqdim edən bir xanım sosial şəbəkədə video yayaraq müğənnini ittiham edib. Onun sözlərinə görə, Pünhan Piriyev yazdığı şərhlə ona qarşı hörmətsizlik edib:
“Bu video sənin üçün gəlsin. Sən mənə yazmısan ki, “Səyim-sərəyim əksik idi…” Mən səy-sərək deyiləm, qazi anasıyam. Sən isə həm anonim, həm şəxsiyyət olaraq, həm də davranışınla hörmətsizlik etmisən.
Sən Sumqayıta gəlmişdin, deyirsən orada mənə hörmətsizlik olundu. Amma ilk hörmətsizliyi sən etdin. Biz sizə hörmət etdikcə, siz bunu düzgün başa düşmürsünüz, əksinə “şişirdirsini”. Bəzi müğənnilər də bu cür davranır.
Sumqayıta gəldin, mən səni öz oğlum bilib videoya çəkmişdim.
Mən qazi anasıyam, sən isə yazdığın rəyə görə qanun qarşısında cavab verə bilərsən. Səni həmin rəyə görə süründürərəm, hətta lazım olsa Azərbaycandan da köçürərəm, bunu qazi anası kimi deyirəm.
Sən orada ağzına gələni yazmısan. Sən pul alanda dəyişirsən, qudurursan!”
Xatırladaq ki, bir neçə gün əvvəl Sumqayıtda mağaza açılışına qatılan müğənnilər Nəfəs və Pünhan səhnədə çətin anlar yaşayıblar. Onlar çıxış edərkən şəkil çəkdirmək istəyən tamaşaçılar ard-arda səhnəyə qalxıb.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












