Qazılan yolu kim bərpa etməlidir?

Avtomobil yollarında kommunikasiya xətlərinin çəkilməsi və ya təmiri məqsədilə aparılan qazıntı işlərindən sonra yolun bərpası ilə bağlı məsələyə aydınlıq gətirilib.
Avtosfer.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, yollarda planlı qazıntı işləri Agentliyin razılığı və müəyyən edilmiş texniki şərtlər əsasında həyata keçirilməlidir.
“Təqdim olunan texniki şərtlərdə qazıntı işlərinin aparılması qaydaları ilə yanaşı, işlər başa çatdıqdan sonra yolun əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı tələblər də müəyyən olunur.
Kommunikasiya xətlərinin çəkilməsi, təmiri və ya yenilənməsi məqsədilə qazıntı işləri aparıldıqdan sonra yolun bərpasının təmin edilməsi və bununla bağlı xərclərin ödənilməsi həmin işlərin sifarişçisinin öhdəliyinə daxildir.
Yol örtüyünün texniki tələblərə uyğun şəkildə bərpası üçün sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müvafiq müqavilə bağlamalı və bərpa işlərinin dəyərini ödəməlidir. Bundan sonra Agentlik tərəfindən yolun bərpası müəyyən edilmiş texniki tələblərə və texnoloji ardıcıllığa uyğun şəkildə həyata keçirilir”, - məlumatda bildirilib.
AAYDA-dan bildirilib ki, bu səbəbdən kommunikasiya işləri ilə əlaqədar qazıntı aparılmış hər bir yol hissəsinin bərpası avtomatik olaraq Agentliyin üzərinə düşmür: “Qazıntı işinin sifarişçisi yolun əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsinə və bununla bağlı müvafiq xərclərin ödənilməsinə cavabdehdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq müqavilə əsasında belə yol hissələrinin texniki tələblərə uyğun, keyfiyyətli və təhlükəsiz şəkildə bərpasını təmin edir”.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












