Qeyri-adi üsulla oğurluq edən şəxs tutulub - FOTO

Bakıda bir ay ərzində bir neçə zərgərlik mağazasından oğurluq edən şəxs yaxalanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Mərkəzi Univermaq (MUM) və Moskva Univermağından qızıl-zinət əşyaları oğurlayan şəxs 1994-cü il təvəllüdlü Murad Mehman oğlu Əbdürrəhimov Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, şahidlərin sözlərinə görə, M.Əbdürrəhimov qızıl-zinət əşyaları satılan mağazalarla əlaqə saxlayaraq seçdiyi bir neçə brilyant qaşlı boyunbağını evinə çatdırmağı xahiş edirmiş. Kuryer ünvana çatdıqda isə oğru kirayə götürdüyü avtomobillə təyin etdiyi ünvana gəlirmiş. Qızıl məmulatları ondan götürərək əvəzində maşının açarlarını verir, kuryerdən avtomobildə əyləşməyi xahiş edirmiş və bildirirmiş ki, zinət əşyalarını həyat yoldaşına göstərib qayıdır. Ancaq saatlar keçsə də, M.Əbdürrəhimov geri qayıtmırmış.
Hazırda zərərçəkmiş şəxslər polis bölməsinə dəvət olunublar.

Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












