Qəza törədərək qaçan sürücünün ibtidai istintaqı başa çatıb

Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mahir Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən il oktyabrın 29-da Bakı şəhər sakini Əli Abdullayevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirib.
Araşdırmalarla Şağan qəsəbə sakini olan Ə.Abdullayevin xəsarətləri həmin gün saat 19 radələrində Buzovna qəsəbəsi ərazisində yolu keçərkən avtomobillə vurulması nəticəsində aldığı məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə hadisənin “Mercedes” markalı avtomlobillə törədildiyi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Buzovna qəsəbə sakini M.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO








