Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər

Yol-nəqliyyat hadisəsi zamanı inzibati məsuliyyət və cərimələrin tətbiqi mümkündür. Nə qədəq acı və kədərli olsa da, yol-nəqliyyat hadisələri müasir dövrdə cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib və media vasitəsilə bu cür hadisələr barədə tez-tez məlumat yayılır. Hadisələrin baş verməsi əksər hallarda yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati pozuntulardan (xətalardan) qaynaqlanır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov Konkret.az-a açıqlamasında səsləndirib.
“İnzibati Xətalar Məcəlləsində bu sahəni tənzimləyən iki əsas fəsil, 29-cu və 30-cu fəsillər mövcuddur. 29-cu fəsildə sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması, dəmir yol keçidlərindən istifadə qaydalarına əməl olunmaması, təhlükəsizlik kəmərindən istifadə etməmək, işıq cihazları və siqnallarla bağlı qayda pozuntuları, piyadalara yol verilməməsi, sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi və sərxoş vəziyyətdə avtomobil sürülməsi və s. kimi pozuntular öz əksini tapır. Bu kimi pozuntuların bir çoxu sonda yol-nəqliyyat hadisələrinə səbəb olur”.
F.Məmmədov bildirib ki, hadisə araşdırılarkən qəzanın inzibati xəta nəticəsində baş verdiyi müəyyən olunarsa, məsul şəxslər barəsində cərimə tətbiq edilir.
“30-cu fəsildə isə yol hərəkəti təhlükəsizliyi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar nəzərdə tutulur. Xüsusilə, 353-cü maddədə ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən yük və oxa düşən kütlə parametrlərinin pozulması halları göstərilib. Bu tələblərin pozulması da yol-nəqliyyat hadisələrinə gətirib çıxara bilər və belə hallar aşkarlandıqda inzibati cərimələr tətbiq olunur”.
Beləliklə, vəkilin sözlərinə görə, yol-nəqliyyat hadisəsinin baş verməsi avtomatik olaraq cərimə demək olmasa da, qəzanın səbəbi inzibati qayda pozuntusu ilə bağlıdırsa, qanunvericiliyə uyğun şəkildə cərimələr tətbiq edilə bilər.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












