Qəzada maşına dəymiş ziyanı sənəddə qeyd etmirlər - "HYUNDAİ" SERVİSDƏN ŞİKAYƏT - VİDEO - YENİLƏNİB

Məsələ ilə şikayətçi Nəvai Əhmədov saytımıza təşəkkür edərək açıqlamasında deyib ki, "Hyundai" servisdən ona gələn zənglə avtomobilə qəza nəticəsində dəymiş zərərin məbləği maşında yaranan bütün problemləri əhatə edəcəyi bildirilib.
12:00
***
Son vaxtlar sürücülərin avtomobil qəzaları zamanı bəzi servislərin dəymiş zərərin aşağı qiymətini çıxarmasından narazıları artıb. Sürücülər iddia edirlər ki, bəzi servis mərkəzləri və sığorta şirkətləri təmir xərclərini bilərəkdən minimum göstərir, nəticədə sürücülər əlavə xərc çəkmək məcburiyyətində qalırlar. Bundan əlavə, bəzi hallarda qeyri-rəsmi razılaşmalar nəticəsində qiymətləndirmə real vəziyyəti əks etdirmir.
Avtosfer.az xəbər verir ki, analoji hal Nəvai Əhmədovun başına gəlib. 77-BB-102 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sahibi deyib ki, martın 1-də qarlı havada maşın park halında olarkən xanım sürücünün idarə etdiyi "Chevrolet" markalı avtomobil tərəfindən vurulub. Hadisədən sonra sığorta şirkətinə müraciət edib və onu Xırdalan şəhərində yerləşən “Hyundai” avtoservisə yönləndiriblər. Servis əməkdaşları maşına baxış keçirdikdən sonra qiymətləndirmənin 7 iş günü ərzində aparılacağı və nəticələrin açıqlanacağı bildirilib.
Lakin şikayətçi avtomobilin sükanında əyilmə və təkərlərdən gələn anormal səsin olduğunu qeyd edərək bunun hadisə nəticəsində baş verdiyini iddia edib. O, avtoservis işçilərinə videoda da açıq şəkildə görünən məqamı – maşının təkərinin zərbədən bordürə çırpıldığını göstərib. Bu, avtomobilin sükan idarəetmə sisteminə və təkərlərinə təsir edərək nasazlıqlara səbəb olub. Sükan əyilib, maşın hərəkətdə olarkən zədələnən təkərdən uğultu səsi gəlir. Buna baxmayaraq, qiymətləndirmə aparan şəxs həmin problemlərin hadisə ilə əlaqəsi olmadığını iddia edib və onları hesaba almaqdan imtina edib.
Şikayətçi bu yanaşmadan narazıdır və qeyd edir ki, avtoservis avtomobilə dəyən real zərəri tam şəkildə qiymətləndirmir. O, əlavə ödəniş tələb etmədiyini, yalnız sığorta tərəfindən avtomobilinin bütün zərərinin qarşılanmasını istədiyini bildirir.
Sürücünün şikayəti üzrə “Hyundai” servislə əlaqə saxladıq. Servisin Xırdalan şöbəsindən sorğumuza cavab olaraq bildirildi ki, avtomobil servisdə yoxlanılarkən hansısa səs müşahidə edilməyib. “Qiymətləndirmə prosesi zamanı sürücü səs gəlməsi ilə bağlı məlumat verib. Servisdə yoxlama aparılarkən sürücünün qeyd etdiyi kimi hala rast gəlinməyib. Yenidən yoxlanış keçiriləcək. Sürücünün şikayəti üzrə hansısa problemə rast gəlinsə, qiymətləndirmə üzrə qeydə alınacaq”.
Eltac Zülfüqaroğlu
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












