Qəzada ölən Rüstəmin atasından gənclərə çağırış: Biraz da geridə qalanları düşünün - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, Kürdəmir Peşə Liseyinin əməkdaşı Rüstəm İsmiyev yol qəzası nəticəsində dünyasını dəyişib. Sosial şəbəkələrdə onun görüntüləri yayılıb. Rüstəmin dostları da bildiriblər ki, o, həmişə maşını sürətli sürüb.
Avtosfer.az xəbər verir ki, dünən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkə hesabında bununla bağlı çağırış edib. O, maşını sürətlə idarə edənlərə xəbərdarlıq edərək bildirib ki, sürət böyük təhlükədir və sürətə aludə olanların sonu ağır faciələrlə nəticələnir. Onlardan biri də Rüstəmdir.

Elşad Hacıyevin paylaşımına ölən Rüstəmin atası Şahin İsmiyev də şərh yazıb. O, bildirib: “Mən oğlumu, varlığımı itirdim. Qalan cavanları Allah qorusun. Gənclərdə nədir bu düşüncə?! Adrenalin? Bir az da valideynləri, geridə qalanları düşünün”.
Elşad Hacıyev isə Rüstəmin atasına başsağlığı verərək kədərləndiyini qeyd edib. Eyni zamanda, digər insanların da sürət həddini aşaraq həyatlarını itirməməsi üçün bu məlumatın daha geniş yayılmasına çağırış edib.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












