Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO

Sentyabr ayı başlayandan bəri ölkə ərazisində baş verən qəzalarda ölüm faktlarının artması cəmiyyəti ciddi narahat etməyə başlayıb. Belə ki, son 10 gündə istər bölgələrdə, istərsə də Bakı və Bakıətrafı ərazilərdə qəzalar xüsusən ağırlığı ilə seçilir. Ağcabədi-Zərdab yolunda baş verən qəzada 5 nəfərin avtomobildə yanaraq ölməsi, Şahbuzda avtomobilin aşması nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb, Biləsuvarda piyadavurma hadisəsində 1 nəfər ölüb, Tovuzda sentyabrın 7-si zəncirvari qəzada 1 nəfər, Beyləqanda iki avtomobilin toqquşması nəticəsində 1 nəfər, Bərdədə avtomobilin piyadanı vurması nəticəsində isə piyada dünyasını dəyişib.
Avtosfer.az komandası paytaxt sakinləri arasında baş verən qəzalarda ölümlərin artması barədə sorğu keçirib. Piyadalar sürücülərin yol hərəkəti qaydalarına riayət etmədiyini, nişanlara fikir vermədən yolu hardan gəldi döndüklərini və sürət həddini aşdıqlarını bildirib.
Sürücülər isə öz növbələrində piyadaları günahlandırıb. Bir qisim sürücü isə elə sürücülərin özlərinin də günahkar olduqlarını qeyd edib.
Həmin sorğunun görüntülərini sizə təqdim edirik.
Səfər
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ












