Qəzaya düşən təyyarədəki sərnişinin ƏRİ DANIŞDI: "Yeni ili qızı ilə keçirməyə gəlirdi"

Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin sərnişinlərindən biri Yeni il üçün qızına baş çəkməyə uçurmuş.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində olan Nərminə İgidovanın əri Bəşir həyat yoldaşının Yeni ili nəvələri və qızı ilə qarşılamaq üçün Nalçikə uçduğunu deyib.
Kişinin sözlərinə görə, arvadı ilə əlaqə kəsilib və onun hələ də sağ qalıb-qalmadığını bilmir.
"Onunla sonuncu dəfə dünən axşam danışdıq, o, Bakıyadək 400 kilometr yol getməli olduğunu dedi. O, artıq yolda idi və hər şeyin yaxşı olduğunu söylədi. Bu söhbətdən sonra mən onunla daha əlaqə saxlaya bilmədim, telefon əlçatmaz idi. İndi heç nə başa düşmürəm, heç kim mənə zəng etmir. Mən onu harada axtaracağımı bilmirəm", - deyə Bəşir bildirib.
Nərminə və Bəşirin iki azyaşlı nəvəsi var. Baba və nənə mümkün qədər tez-tez qızlarına və nəvələrinə baş çəkməyə çalışıblar. Yaxınlarının dediyinə görə, Nərminə həyat yoldaşı ilə birlikdə yaşadığı Yekaterinburqdan tez-tez qohumlarının yanına gedirmiş.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












