Qəzaya düşən təyyarənin evakuasiya videosu - 3-ü azərbaycanlı imiş...

Xəbər verdiyimiz kimi ötən gün Bakıdan havaya qalxan “Qolfstrim” biznes-jet təyyarəsi Moskvanın “Şeremetyevo” hava limanında uçuş-enmə zolağından kənara çıxıb. Daha əvvəl təyyarədə olan 3 sərnişin - Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskayanın adı açıqlanmışdı.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya mediası göyərtədəki 3 ekipaj üzvünün də siyahısını əldə edib. Həmin şəxslər – Elman Aslanov, Sergey Polumordvinov və Leyla Paşayevadır.
Rusiya İstintaq Komitəsi uçuş-enmə zolağından kənara çıxan təyyarəyə ciddi ziyan dəydiyini açıqlayıb. Bundan başqa, Komitə biznes-jetin evakuasiya videosunu yayıb.
“Şeremetyevo” aeroportu isə faktı təsdiqləsə də, insidentin təfərrüatlarını açıqlamaqdan imtina edib, ekipaj və sərnişinlərin qaydasında olduğunu deməklə kifayətlənib.
“Aeroflot” aviaşirkəti isə uçuş-eniş zolaqlarından birinin bağlanması səbəbi ilə ötən günə Moskvadan uçuşu planlaşdırılan 15 reysi ləğv etməli olub.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsi faktla bağlı “Yol hərəkəti təhlükəsizliyi qaydaları və təyyarə əməliyyatlarının pozulması” maddəsi üzrə cinayət işi açıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












