Qış fəslində tarixdə ilk dəfə temperatur 20 dərəcəni aşıb

Böyük Britaniyada, Uelsin qərb hissəsində qış fəslində mütləq temperatur rekordu qeydə alınıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Birləşmiş Krallıq ərazisində ilin ən soyuq fəslində havanın temperaturu meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq 20 dərəcədən yüksək olub. Birləşmiş Krallığın meteoroloji xidmətinin məlumatında deyilir: “Kerediqion qraflığının Troskoyeda şəhərində temperatur 20,3 dərəcəyə çatıb. Həmin gün meteoroloji müşahidələr tarixində fevral ayının ən isti günü olub. Ümumiyyətlə, bu bölgədə qış vaxtı temperaturun 20 dərəcədən çox olması ilk dəfə qeydə alınıb”.
Ekspertlər bu rekord göstəricini onunla izah edirlər ki, hazırda Avropanın mərkəzi hissəsində bərqərar olmuş yüksək təzyiq zonası Aralıq dənizi hövzəsindən gələn isti havanın şimal istiqamətində irəliləməsinə imkan yaradır.
Qış fəslində bundan əvvəlki temperatur rekordu (19,7 dərəcə) 1998-ci il fevralın 13-də Londonun Qrinviç rayonunda qeydə alınıb. Xatırladaq ki, planetimizi qərb və şərq yarımkürələrinə bölən sıfırıncı meridian Qrinviçdən keçir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












