Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO

Paytaxtın mərkəzi hissəsində, İslam Səfərli küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə keçid nəzərdə tutulan ərazidə aparılan işlər zamanı yolun üzərinə tökülən torpaq piyadalar üçün çətinlik yaradıb.
Avtosfer.az xəbər verir ki, əraziyə baxış zamanı məlum olub ki, tikinti məqsədilə gətirilən torpaq və digər materiallar piyada yolunu qismən bağlayıb. Nəticədə vətəndaşların sərbəst hərəkəti məhdudlaşır, xüsusilə sıx saatlarda bu vəziyyət narahatlıq yaradır.

Sakinlər bildirirlər ki, ərazidə işlərin aparılması müsbət hal olsa da müvəqqəti də olsa piyadaların hərəkəti üçün alternativ və təhlükəsiz keçid təmin olunmalıdır. Əks halda bu cür vəziyyət həm narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından risk formalaşdırır.
Qeyd edək ki, sözügedən ərazidə eynisəviyyəli piyada keçidinin təşkili planlaşdırılır. İşlər başa çatdıqdan sonra piyadaların hərəkət şəraitinin daha da yaxşılaşacağı gözlənilir.
Eltac
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












