Banner

Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA

Gündəm 5 Noyabr 2026 14:11
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

İnflyasiya və ərzaq qiymətlərindəki dəyişikliklər əhalinin gündəlik xərclərinə və alıcılıq qabiliyyətinə birbaşa təsir göstərir. Xüsusilə gündəlik tələbat məhsullarının bahalaşması əhalinin büdcəsində əlavə yük yaradır və real gəlirlərin qorunmasını aktuallaşdırır.

Avtosfer.az xəbər verir ki, inflyasiyanın hədəf daxilində saxlanılması və ərzaq qiymətlərindəki dəyişikliklər əhalinin alıcılıq qabiliyyətinə təsir edən əsas iqtisadi məsələlərdəndir. Bəs qiymət artımının qarşısını almaq və əhalinin real gəlirlərini qorumaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, mərkəzi Bankın əsas mandatlarından biri inflyasiya ilə mübarizədir:


"Lakin bu istiqamətdə qurumun istifadə edə biləcəyi alətlər məhduddur. Ən təsirli vasitələrdən biri uçot dərəcəsidir. Bununla belə, Azərbaycanda uçot dərəcəsi ilə inflyasiya arasında əlaqə o qədər də güclü deyil. Çünki qiymət artımına təsir göstərən əsas amillər Mərkəzi Bankın birbaşa təsir imkanları xaricindədir. Bu amillərdən başlıcası ölkənin həm ərzaq, həm də qeyri-ərzaq məhsulları üzrə xarici idxaldan ciddi asılılığıdır. Ölkə ərzaq məhsullarına olan tələbatını ən yaxşı halda 25-30 faiz öz istehsalı hesabına ödəyir, qalan hissə isə idxal olunur. Dünyada enerji qiymətlərinin artması və logistika xərclərinin bahalaşması da inflyasiyanı sürətləndirən amillərdəndir. Daxili amillər arasında isə vergilərin və gömrük rüsumlarının bəzi hallarda yüksək olması, həddindən artıq tənzimləmə və cərimələr də qiymət artımına təsir göstərir. Bu məsələlər də Mərkəzi Bankın birbaşa təsir imkanları daxilində deyil. Nəticə etibarilə, Azərbaycanda inflyasiyanın artımına daha çox xarici iqtisadi təsirlər və daxili tənzimləmə qaydalarının sərtləşməsi səbəb olur. Bu səbəbdən yaxın gələcəkdə inflyasiyanın azalacağı ilə bağlı konkret proqnoz vermək çətindir".

Fatimə

Oxunub : 74
ŞƏRH YAZ
Ad

E-mail

Şərh