Qız qaçıranları 10 il həbs gözləyir

Qırğızstanda qızların ailə qurmaq məqsədilə qaçırılmasına görə cəzalar sərtləşdirilib. Avtosfer.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, indi qız qaçırlanları 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda, həmin şəxslər 200 min som (3000 dollardan çox) cərimə ediləcək. "Dünya qadın bankı" hüquq təşkilatının lideri Gülsən Abıtovanın sözlərinə görə, gənc qızların ailə qurmaq məqsədilə qaçırılması davam edir: "Hətta elə faktlar olub ki, qızlar qaçırıldıqdan sonra intihar ediblər".
Abıtovanın sözlərinə görə, çox zaman qaçırılan qızların yaxınları bu barədə hüquq mühafizə orqanlarına xəbər vermir.
Hüquq müdafiəçilərinin məlumatına görə, hər gün 30-a yaxın azyaşlı qız qaçırılır və onlardan 6-sı təcavüzə məruz qalır. Ölkədə hər 5 nikah qızların qaçırılması nəticəsində baş tutur. Kəndlərdə isə bu hal 60 faiz-i keçib.
Qeyd edək ki, ölkədə sonuncu dəfə qız qaçırmaya görə cəzalar 2013-cü ildə sərtləşdirilib.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










