"Qızıl Məryəm"i öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

"Qızıl Məryəm"i öldürməkdə təqsirləndirilən bacısı oğlu Nicat Eyvazov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Ali Məhkəməyə müraciət edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Kassasiya şikayəti hakim Şahin Yusifovun icraatına verilib.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 5-də hüquq-mühafizə orqanları əməkdaşları Nəsimi rayonu ərazisində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitini aşkar ediblər.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseynova 18 il, C.Əsgərov 19 il və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra G.Hüseynova ilə C.Əsgərov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Hər iki şəxsin şikayəti təmin edilməyib.
Xatırladaq ki, qətlə yetirilən M.Namet-zadən Bakıda qızıl alveri ilə məşğul olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb. Cinayəti törətməkdə təqsirləndirilən onu qızı G.Hüseynova ailəsindən boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












