Qlamur Ayselə 150 minlik "Porsche" alan 2 uşaq atasının - FOTOSU

Müğənni Aysel Əlizadənin adı keçən qalmaqallı ailə münaqişəsi ilə bağlı iş məhkəmə instansiyalarında həll edilir. Lakin qərarlar icra olunmadığını iddia edən iş adamı Nəcəfov Elçin Oruc oğlunun keçmiş həyat yoldaşı Turanə Nəcəfovanın ailəsi müvafiq qurumlara müraciət edib.
E.Nəcəfovun arvadı Turanə Nəcəfovanın nənəsi Manya Nəcəfova "Qafqazinfo" ilə əlaqə saxlayaraq Ali Məhkəmənin qərarından 3 aydan artıq müddət keçsə də‚ icraçı məmurların yuxarı instansiyanın qərarına məhəl qoymadığını bildirib.
Azərbaycan SSRİ Ali Sovetinin keçmiş deputatı, Frunze kalxozunun sədri işləmiş M.Nəcəfova qeyd edib ki, 2 ildən çoxdur nəvəsi Turanə və kürəkəni Elçin ayrılıblar: "Bütün instansiya məhkəmələrində uşaqların qəyyumluğu anaya verilib, lakin atası Elçin 9 yaşlı Zeynəbi bizə verməyib. İndi çalışırlar ki, Zeynəbin 10 yaşı olana kimi prosesi uzatsınlar‚ sonra da uşağı öyrədib atasında saxlasınlar. Çünki biz 2 ildir Zeynəbi görmürük, onu öyrədirlər, qorxudurlar, amma biz bilmirik. Nəticəmin taleyindən narahatam. Lakin Nərimanov rayon məhkəmə icraçıları nəticəm Nəcəfova Zeynəbi atasından alıb anası Nəcəfova Turanə Mətləb qızına təqdim etmirlər, öz vəzifə borclarını yerinə yetirməkdən boyun qaçırırlar".
Cütlük boşanma üçün 2 il əvvəl məhkəməyə müraciət etsə də, mülk məsələsinə görə proses uzanıb və hələ qərar verilməyib.
Məlumata görə, iş adamı Elçin Nəcəfov Bakıda maşın satışı ilə məşğuldur. E. Nəcəfov "Auto Gallery" avtomobil salonun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibdir. Onun biri Novxanı qəsəbəsində olmaqla 3 villasının olduğu bildirilir.
Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtmaqda ittiham etmişdi.
xanım.az
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil










