Qlobal istiləşmənin xeyri də olacaq

Cari yüzillikdə qlobal istiləşmənin təsiri altında yağıntıların güclənməsi ilə əlaqədar Yer planetinin bəzi quraq regionlarında su resursları artacaq.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, "EurekAlert!" nəşrinin dərc etdiyi elmi məqaləyə görə, Çinin Elmlər Akademiyasının Atmosfer Fizikası İnsititunun alimləri belə bir nəticəyə gəlib.
Tədqiqatçılar Afrikanın Sahel bölgəsinin (Şimali Səhra ilə Cənubi Səhra arasında yerləşən tropik savanna) yarımquraq ərazilərində iqlim dəyişikliyini araşdırıb.
Sahel yağıntı miqdarında baş verən dəyişikliklərə həssas olur. Həmin bölgədə baş verən quraqlıq bəzi Afrika ölkələrində irimiqyaslı ərzaq və su qıtlığına yol açır. Mövcud iqlimi modellər yağıntı miqdarı ilə bağlı proqnozlarda qeyri-müəyyənliyin olduğunu aşılayır.
Məlum olub ki, belə qeyri-müəyyənlik Cənubi Asiya və Sakit okeanın şimal-qərbində yağıntıların modelləşdirilməsi ilə sıx əlaqəlidir. Bunu nəzərə alaraq, mütəxəssislər proqnozlara yenidən baxıb və Saheldə yağıntı miqdarının 109 faiz artacağını ortaya çıxarıb. Bundan başqa, regionda əlçatan su resurslarının 119 faiz artacağı gözlənilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












