Qonşusunu bıçaqlayan çempionuna hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Murad Qocayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum olunub. Xatırladaq ki, prokuror çıxışında M.Qocayevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən ilin aprelin ayında Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü M.Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisədən sonra M.Qocayev hərbi xidmətə yollanıb və N saylı hərbi hissədə həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, M.Qocayev kikboksinq idman növü ilə məşğul olub, bir neçə il bundan əvvəl Azərbaycan çempionu adını qazanıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












