Quba-Xınalıq yolu leysan nəticəsində bağlanıb

İyunun 27-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Quba-Xınalıq yolunu bağlayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi suötürücü qurğuları bağladığından sel suları yolun hərəkət hissəsini basıb. Bu səbəbdən Xınalıq kəndinə gedən yol iki saat müddətində avtomobillərin hərəkət üçün bağlı qalıb.
Günün ikinci yarısında başlayan leysan yağışı bir-neçə saat davam edib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.
Sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Leysan yağışı kəsildiyindən yola axan suyun həcmi də azalıb. Amma suötürücü qurğular tutulduğundan sel suları yolun hərəkət hissəsi ilə axmaqda davam edir. Çətinlik yolun 36-39-cu kilometrlik hissəsində müşahidə olunur.
Güclü leysan yağışından sonra yaranan sel Quba rayonunun Qonaqkənd-Xaltan yolunda da fəsadlar törədib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











