Quba-Xınalıq yolunda hərəkət çətinləşdi - FOTO

Martın 8-i gecə saatlarından yağmağa başlayan qar səbəbindən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yolun 32-38-ci kilometrliklərinin hərəkət hissəsinə 20 santimetrədək qar yağıb.
Səhər saatlarından başlayaraq idarənin işçi qüvvəsi ağır texnika vasitəsilə yolun qarla örtülən hissəsini təmizləyib, əraziyə qum-duz qarışığı səpilib.
Hazırda yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.
Sahə rəisi Bilal Sultanov bildirib ki, ötən gün yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Ucqar yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır. Növbətçi briqadalar yolun daha təhlükəli sayılan hissələrinə nəzarət edir.
Hazırda Quba rayonunun bir sıra dağlıq ərazilərinə qar yağmaqda davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dağlıq ərazidəki yollarda sürücülərə diqqətli olmağı, hava şəraitinə uyğun sürət həddi seçməyi tövsiyə edib.





Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












