Qubada evinin zirzəmisində narkotik maddə gizlədən şəxs saxlanılıb

Quba rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yanvarın 3-də daxil olmuş məlumat əsasında Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zizik kənd sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Fəxrəddin Şəfiyev saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən Fəxrəddin Şəfiyev üzərinə keçirilən şəxsi baxış zamanı ondan 3 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Bu zaman F.Şəfiyevə məxsus evin zirzəmisindən sellofan torbadan ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










