Qubada iki dost bir-birini bıçaqladı

Quba rayonunda iki tanış bir-birini bıçaqlayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində baş verib. Rayon sakini Məmmədov Zakir Abdulla oğlu rayonun M.Ə.Rəsulzadə küçəsində tanışı, sərxoş vəziyyətdə olan Rafiq Əlməmmədovla rastlaşıb. R.Əlməmmədov Z.Məmmədovu söyüb və tanışlar arasında əlbəyaxa dava başlayıb.
Hadisə zamanı R.Əlməmmədov cibindən bıçağı çıxararaq Z.Məmmədovu qorxutmaq istəyərkən onu əlindən bıçaqlayıb. Z.Məmmədov bıçağı onun əlindən almağa cəhd edib və R.Əlməmmədovu ayaq nahiyəsindən bıçaqlayıb.
Sonra hər iki şəxs bıçağı zibil yeşiyinə ataraq hadisə yerindən qaçıblar.
Quba rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib və ərazidən hadisədə istifadə olunan bıçağı aşkar ediblər.
Faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












