Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama

İyulun 23-də Quba rayonu səmasında çox aşağı hündürlükdə qırıcı uçduğuna dair məlumatlar yayılıb. Müdafiə Nazirliyi sözügedən qırıcının Azərbaycana məxsus olduğunu, Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları həyata keçirdiyini açıqlayıb. Bununla belə, sülh şəraitində bu tip təlimlərin keçirilməsi ilə bağlı müxtəlif yanaşmalar var: bir qisim zəruri olduğunu düşünsə də, əksini deyənlər də olur.
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan Silahlı Qüvvələri ölkənin mövcud sərhədləri daxilində istənilən ərazidə istənilən növ təlim keçirmək hüququna malikdir:

Ədalət Verdiyev
“Bu təlimlər əvvəlcədən planlaşdırılmış fəaliyyətlərdir. Onların keçirilməsində qeyri-adi heç nə yoxdur. Vətəndaşlarımız bu məsələdən narahat olmamalıdır. Zərurət yarandıqda təlimlərlə bağlı ictimaiyyətə mütəmadi məlumat verilir”.
Politoloq Qabil Hüseynli də bildirib ki, təlimlərin keçirilməsində qeyri-adi heç nə yoxdur.
“Adətən belə təlimlər əvvəlcədən planlaşdırılır. Hesab edirəm ki, narahatlığa əsas yoxdur. Digər tərəfdən, ölkəmizə yaxın regionlarda müharibələrin davam etməsi danılmaz faktdır.

Qabil Hüseynli
Ümumiyyətlə, dünya həssas dönəmdən keçir, müxtəlif regionlarda müharibələr gedir. Belə bir məqamda Azərbaycan Ordusunun hər hansı təlimlər keçirməsi, istənilən vəziyyət hazır olmaq baxımdan təbiidir. Rusiya–Ukrayna müharibəsi davam edir, eyni zamanda ABŞ-ın İrana qarşı quru əməliyyatlarına hazırlaşdığına dair müxtəlif məlumatlar yayılır. Belə bir şəraitdə ordumuzun döyüş bacarıqlarını inkişaf etdirməsi və mümkün təhlükələrə qarşı hazırlığını artırmaq məqsədilə təlimlər keçirməsi olduqca vacibdir”.
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












