Qubada qoyun və at oğrularına hökm oxunub

Sumqayıt Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Amil Əmirov və Asif Vəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, A.Əmirov tanışı A.Vəliyevlə birgə ötən il mayın 1-də saat 5 radələrində Quba rayonu, Səbətlər kəndində Əmirxan Əmirova məxsus tövlədən qiyməti 1500 manat dəyərində bir baş inək aparıb.
Hər iki şəxs üç gün sonra Quba rayonu, İkinci Nügədi kəndində Fərhad İsmayılova məxsus tövlədən 300 manat dəyərində atı, mayın 6-da Məcid Hacıyevə məxsus tövlədən bir başı 110 manat dəyərində olan yeddi baş quzunu, bir başı 160 manat dəyərində olan səkkiz baş qoyunu oğurlayıb.
Onlar Quba Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.
Xatırladaq ki, A.Əmirov daha əvvəl eyni əmələ görə məhkumluq həyatı yaşayıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












